Çərşənbə axşamı, 14 May

"Gələn il "Texnofest"i Azərbaycanda keçirəcəyik" - Ərdoğan

image

"Gələn ildən "Texnofest"i can Azərbaycandan başlayaraq, digər dost, müttəfiq ölkələrdə də keçirəcəyik".

Xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında keçirilən "Texnofest-2021" aviasiya, kosmos və texnologiyalar festivalında bildirib.

O, "Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. "Texnofest"i elə bir marka halına gətirməliyik ki, dünyanın bütün gəncləri bu nüfuzlu texnologiyalar festivalında iştirak etməyə can atsın",-  deyərək,  beynəlxalq festival səviyyəsində təşkil olunacağını ifadə edib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" təyyarəsi də sözügedən festivalda nümayiş olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00